11 Rebiülahir 1448 Hicri

Regaib Kandili 79 gün sonra
Online İlahi

Balam Lay Lay

Seyyid Taleh Boradigahi

Balam lay-lay, Əli lay-lay Mənə həmnalə lay-lay Gülüm lay-lay, saralan lalə lay-lay Ay mənim nazlı balam Gözləri ecazlı balam Demədin dərdini heç Ay sinəsi razlı balam Ləbləri duzlu balam Sözlü balam, sazlı balam O üç pər ox, niyə saldı, səni bu halə lay-lay Üç gecə olmadı su, qundağın açdım bələdim Məşkə səqqaya baxıb, sən mələdin, mən mələdim Hey üzə göz yaşını, sən ələdin, mən ələdim Rubab ağlar, deyər ahi, yatan iqbalə lay-lay Gözəlimsən gözəlim, istəməlimsən gözəlim Hey dedim atma məni, sən sağ əlimsən gözəlim Cavidan oldu adın, ləm yəzəlimsən gözəlim Yetirdi ox, su yanında, səni amalə lay-lay Altı ay bir tərəfə, son nəfəsin bir tərəfə Gülməyin bir tərəfə, nalə səsin bir tərəfə Süd qəmin bir tərəfə, ox həvəsin bir tərəfə Bu qandır ya, gülün üstə, düzülüb jalə lay-lay Nə gəlib ağlamısan, çarə yolun bağlamısan Əlin açdım niyə bəs, sinəmi dırnaqlamısan? Baədəbsən demərəm, hörmətimi saxlamısan Biraz ağla, yığım əşkin, qara dəsmalə lay-lay

Paylaş

WhatsApp Facebook X Telegram E-posta

Yayınlanma: · Son güncelleme:

İçerik / Telif Bildirimi

Kaynak: ilahisozleri.net