10 Rebiülahir 1448 Hicri

Regaib Kandili 80 gün sonra
Online İlahi

Ya Muhemmed

Perviz Hüseyni

Dünyaya göz açan Nəbi, bu dünyanın ziyasısan Həq səni xəlq edibdi pak, Ağaların Ağasısan Necə yağmur olan rəhmətini,səninlə xəlqə Həq saçar Qədəmlərinlə səhralar, çiçəklənər çiçək açar Muhamməd Səni xəlq eliyib Xuda cahana rəhmət Sənin əks olunub gözəl üzündə cənnət Ya Muhamməd Muhamməd Adın hörmətinə bəşər tapar şəfaət Sənin əks olunub gözəl üzündə cənnət Ya Muhamməd Sən Əlinin ustadısan, Cəbrəil heyrətdə sənə Yer ilə göy, mələk, fələk, baş əyər əlbəttə sənə Axı Yusif özü cəmalına, necə də heyran olmasın? Necə adın gələndə xəlq, adına qurban olmasın? Muhamməd Səni xəlq eliyib Xuda cahana rəhmət Sənin əks olunub gözəl üzündə cənnət Ya Muhamməd Muhamməd Adın hörmətinə bəşər tapar şəfaət Sənin əks olunub gözəl üzündə cənnət Ya Muhamməd Sənsən həqiqətin gözü, səndə məhəbbətin özü Səndədi rəhmətin izi, eşqin edibdi məst bizi Ağa dillərin həm əzbərisən, ürəklərin hərarəti Hamı aşiqinə nicat verər, gül adının təravəti Muhamməd Səni xəlq eliyib Xuda cahana rəhmət Sənin əks olunub gözəl üzündə cənnət Ya Muhamməd Muhamməd Adın hörmətinə bəşər tapar şəfaət Sənin əks olunub gözəl üzündə cənnət Ya Muhamməd

Paylaş

WhatsApp Facebook X Telegram E-posta

Yayınlanma: · Son güncelleme:

İçerik / Telif Bildirimi

Kaynak: ilahisozleri.net